Xəzər Xəbər

Yaşar Güler: Ağır itkiyə uğrayan PKK əməliyyat bölgələrimizi hədəf alıb

Dünya | 18:20 • 16 Yanvar 2024
Yaşar Güler: Ağır itkiyə uğrayan PKK əməliyyat bölgələrimizi hədəf alıb

Türkiyə Silahlı Qüvvələri tərəfindən 2019-cu ildə başladılan “Pəncə-Kilid” antiterror əməliyyatı bölgəsinin 30 kilometr dərinliyində təhlükəsiz xətt yaradılıb.

Xezerxeber.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler deyib.

Nazir bildirib ki, “Pəncə” əməliyyatlarının gedişində ağır itkilərə məruz qalan PKK terror təşkilatı əməliyyat bölgələrini hədəf alıb.

Ümumilikdə Türkiyənin baza ərazilərinə PKK terrorçuları tərəfindən 3 min 151 təxribat və sızma cəhdinin olduğunu qeyd edən nazirin sözlərinə görə, bu hücumlara cavab olaraq İraqın şimalında 1689 terrorçu zərərsizləşdirilib. Son bir neçə gün ərzində terrorçulara aid 114 hədəf və 78 terrorçu məhv edilib.

Xəbər lenti