Xəzər Xəbər

Yəmən sahillərində daha bir yük gəmisi vurulub

Dünya | 17:07 • 16 Yanvar 2024
Yəmən sahillərində daha bir yük gəmisi vurulub

“Ambrey” şirkəti Yəmən sahillərində yük gəmisinin raketlə vurulduğunu bildirib.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, Yəmən sahillərində Malta bayrağı altında üzən “Zoqarafiya” yük gəmisi hücuma məruz qalıb. 

Dəniz təhlükəsizliyi məsələləri üzrə ixtisaslaşmış “Ambrey” şirkətinin məlumatına görə, raketlə vurulan gəmi cüzi ziyan görüb. Gəmiyə hücum barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) də məlumat verib.

"UKMTO Yəmənin Salif limanından təxminən 100 dəniz mili şimal-qərbində baş verən insident barədə məlumat alıb", - mərkəz bildirib.

Ambreyin sözlərinə görə, gəmi Yəmən limanından 76 dəniz mili şimal-qərbdə olub.

Xəbər lenti

Çox oxunanlar