Xəzər Xəbər

Putin Şimali Koreyaya səfər edəcək

Dünya | 14:32 • 15 Yanvar 2024
Putin Şimali Koreyaya səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin Koreya Xalq Demokratik Respublikasına səfər edəcək.

Xezerxeber.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putinin Koreya Xalq Demokratik Respublikasına səfəri yaxın gələcəkdə baş tuta bilər.

Kremlin sözçüsü səfərin vaxtının diplomatik kanallar vasitəsilə əlavə olaraq razılaşdırılacağını söyləyib.

Peskov bildirib ki, Rusiya Federasiyası Şimali Koreya ilə bütün sahələrdə tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir

O, Kremlin yanvarın 16-da Moskvada keçiriləcək Rusiya və KXDR XİN başçıları arasında danışıqların zəngin, məzmunlu və səmərəli olacağını gözlədiyini əlavə edib.

Xəbər lenti