Xəzər Xəbər

Yaponiyada Otake vulkanı püskürür

Dünya | 08:58 • 14 Yanvar 2024
Yaponiyada Otake vulkanı püskürür

Yanvarın 14-də Yaponiyanın cənub-qərbindəki Suvanose adasında Otake vulkanı püskürməyə başlayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Kyodo News məlumat yayıb. 

Təhlükə səviyyəsi üçə (beşdən) qaldırılıb - yəni insanlar kraterə yaxınlaşmamalıdır.

Dağıntı və tələfat barədə məlumat verilməyib. Hazırda adada 80 nəfərin yaşadığı, onların kəndinin vulkandan 4 kilometr aralıda yerləşdiyi qeyd edilir.

Xəbər lenti