Xəzər Xəbər

Türkiyə ordusunun məhv etdiyi terrorçuların sayı 32-ə ÇATDI/YENİLƏNİB-2

Dünya | 16:11 • 13 Yanvar 2024
Türkiyə ordusunun məhv etdiyi terrorçuların sayı 32-ə

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG terror təşkilatının daha 9 üzvünü öldürüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Həmçinin bildirilib ki, Suriyanın şimalından Türkiyə ərazisinə 12 nəfərlik terrorçu qrupunun daxil olmaq cəhdinin qarşısı alınıb.

Qeyd edək ki, yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub. Türkiyə ordusu ərazidə əməliyyatları davam etdirir.

15:33

Türkiyə ordusunun İraqın və Suriyanın şimalında zərərsizləşdirdiyi terrorçuların sayı 23-ə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ərazidə əməliyyat davam edir.

Xəbər lenti