Xəzər Xəbər

Türkiyə Ordusu İraq və Suriyanın şimalına hava zərbələri endirib, 20 terrorçu zərərsizləşdirilib

Dünya | 11:55 • 13 Yanvar 2024
Türkiyə Ordusu İraq və Suriyanın şimalına hava zərbələri endirib, 20 terrorçu zərərsizləşdirilib

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında Metina, Hakurk, Gara və Kandil bölgələri və Suriyanın şimalındakı PKK terror təşkilatının hədəflərinə zərbələr endirib.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, terrorçuların olduğu ehtimal edilən mağara və sığınacaqlara, o cümlədən Suriyanın şimalındakı neft obyektlərinə zərbələr endirilib.

İlkin məlumata görə, İraqın şimalında 20 terrorçu zərərsizləşdirilib.

Xəbər lenti

Çox oxunanlar