Xəzər Xəbər

ABŞ Yəmənə endirilən zərbələr nəticəsində bir çox hədəfin məhv edildiyini BİLDİRİB

Dünya | 08:49 • 12 Yanvar 2024
ABŞ Yəmənə endirilən zərbələr nəticəsində bir çox hədəfin məhv edildiyini

Yəməndə "Ənsar Allah" (husilər) üsyançılarına qarşı ABŞ və Böyük Britaniyanın dəqiq idarə olunan sursat zərbələri nəticəsində çoxlu hədəflər məhv edilib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə ABŞ ordusunun nümayəndəsi jurnalistlər üçün xüsusi brifinqdə deyib.

Onun sözlərinə görə, “bu, ABŞ və Böyük Britaniya silahlı qüvvələrinin Yəməndəki husi qüvvələrinə qarşı birgə həyata keçirdiyi zərbədir”. Onlara Avstraliya, Bəhreyn, Kanada və Hollandiya dəstək verib. Nümayəndənin sözlərinə görə, zərbələr “Yəməndə husilərin nəzarəti altında olan bir çox hədəfi məhv edib”.

"Biz ABŞ Hərbi Dəniz Qüvvələri, ABŞ Hərbi Hava Qüvvələri və Böyük Britaniyadan olan müxtəlif tipli pilotlu təyyarələrdən istifadə etməklə zərbələr endirmişik. Hədəfləri məhv etmək və ziyanı minimuma endirmək üçün dəqiq idarə olunan sursatlardan istifadə edilib", - deyə o əlavə edib. O qeyd edib ki, məqsəd “husiləri dəniz gəmilərinə, o cümlədən ticarət gəmilərinə və döyüş gəmilərinə hücum etmək imkanından məhrum etmək” idi

Xəbər lenti