Xəzər Xəbər

Türkiyə təhlükəsizlik qüvvələri son bir həftədə 45 terrorçunu zərərsizləşdirib

Dünya | 15:54 • 11 Yanvar 2024
Türkiyə təhlükəsizlik qüvvələri son bir həftədə 45 terrorçunu zərərsizləşdirib

Türkiyə təhlükəsizlik qüvvələri PKK/KCK/PYD-YPG, İŞİD və FETÖ başda olmaqla, bütün terror təşkilatlarına qarşı ölkədaxili və sərhədyanı (İraq və Suriyanın şimalı) əməliyyatları davam etdirir. Bu tədbirlər çərçivəsində son bir həftə ərzində 45 terrorçu zərərsizləşdirilib. Beləliklə, 2023-cü il də daxil olmaqla, zərərsizləşdirilən terrorçuların sayı 2282-yə yüksəlib.

Xezerxeber.az xəbər verir ki, bu rəqəmləri Türkiyənin Milli Müdafiə Nazirliyinin həftəlik fəaliyyətinə dair keçirilən toplantıda nazirliyin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk açıqlayıb.

Bildirilib ki, yanvarın 6-da İraqın şimalında yerləşən Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində terrorçulara qarşı hava əməliyyatları həyata keçirilib. Bu əməliyyatlar nəticəsində içərisində terror təşkilatlarının sözdə məsul şəxslərinin də olduğu mağara, sığınacaq və anbarlardan ibarət 15 hədəf məhv edilib.

Aktürk son bir həftədə qanunsuz yolla Türkiyə sərhədini keçməyə cəhd edən 132 nəfərin saxlanıldığını deyib. Onlardan birinin PKK/YPG terror təşkilatının üzvü olduğu müəyyən edilib. Bu müddət ərzində 2843 nəfərin sərhədi qanunsuz keçmək cəhdinin qarşısı alınıb.

Xəbər lenti

Çox oxunanlar