Xəzər Xəbər

Kirmandakı partlayışla bağlı 35 nəfər saxlanılıb

Dünya | 15:45 • 11 Yanvar 2024
Kirmandakı partlayışla bağlı 35 nəfər saxlanılıb

İran kəşfiyyatı yanvarın 3-də Kirman şəhərində törədilən partlayışı təşkil etməkdə şübhəli bilinən 35 nəfərin saxlanıldığını açıqlayıb.

Xezerxeber.az IRNA agentliyinə istinadla xəbər verir ki, şübhəlilər Qərbi Azərbaycan, İsfahan, Kirman, Sistan və Bəlucistan, Tehran və Xorasan ostanlarında saxlanılıb.

Partlayışlara rəhbərlik edən şəxsin qeyri-qanuni yollarla cənub-şərq sərhədindən ölkəyə daxil olduğu və terror aktından iki gün öncə İranı tərk etdiyi bildirilir. O, əməliyyata rəhbərlik etməklə yanaşı, əldəqayırma partlayıcı qurğuların istehsalı ilə də məşğul olub.

Xatırladaq ki, general Qasım Süleymaninin öldürülməsinin dördüncü ildönümü ilə əlaqədar yanvarın 3-də Kirman şəhərində keçirilən mərasim zamanı törədilən partlayışlar nəticəsində 95 nəfər həlak olub, 200-dən çox insan isə yaralanıb.

Xəbər lenti

Çox oxunanlar