Xəzər Xəbər

Paşinyan öz xaç oğlunu yüksək vəzifəyə təyin etdi

Dünya | 13:27 • 11 Yanvar 2024
Paşinyan öz xaç oğlunu yüksək vəzifəyə təyin etdi

Ermənistanın baş naziri Nikol Paşinyan xaç oğlu David Xudatyanı Armavir vilayətinin qubernatoru təyin edib.

Xezerxeber.az erməni KİV-nə istinadən xəbər verir ki, Paşinyanın qərarı ilə vilayətin əvvəlki qubernatoru Eduard Ovannisyan işdən çıxarılıb.

Qeyd olunub ki, Ovannisyanın işdən çıxarılması Paşinyanın ərazidəki məktəbə ziyarətindən sonra baş verib. Paşinyan idman zalının təmirdəki çatışmazlıqlardan narazı qalıb. 

Xatırladaq ki, Paşinyanın xaç oğlunu qubernator təyin etmək istəyi bir neçə gün əvvəl erməni KİV-də işıqlandırılıb.

Xəbər lenti

Çox oxunanlar