Xəzər Xəbər

Ağ ev Rusiya aktivlərinin müsadirəsi haqqında qanunu dəstəkləyir

Dünya | 12:14 • 11 Yanvar 2024
Ağ ev Rusiya aktivlərinin müsadirəsi haqqında qanunu dəstəkləyir

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Rusiyanın dondurulmuş 300 milyard dollara yaxın aktivlərinin müsadirəsinə imkan yaradan qanunu dəstəkləyir.

Xezerxeber.az "Bloomberg" agentliyinə istinadla xəbər verir ki, ABŞ Milli Təhlükəsizlik Şurası tərəfindən Senatın Xarici Əlaqələr Komitəsinə təqdim olunan sənəddə Ağ evin Rusiya aktivlərinin müsadirəsi haqqında qanun layihəsini “prinsipcə” alqışladığı deyilir.

“Qanun layihəsi icra hakimiyyəti orqanlarına Rusiya aktivlərinin Ukraynanın maraqları üçün müsadirəsinə lazım olan səlahiyyətlər verəcək”, - deyə sənəddə bildirilir. Həmin aktivlərin Ukraynanın “bərpası üçün” istifadə olunacağı nəzərdə tutulur.

Ağ ev, həmçinin bu addımını G7-dəki müttəfiqləri ilə, xüsusən Rusiyanın təxminən 200 milyard dollarlıq aktivlərinin dondurulduğu Avropa ilə koordinasiya etmək istəyir.

Xəbər lenti