Xəzər Xəbər

Rusiyanın Ukraynadakı itkiləri 367 min 600-ü ötdü

Dünya | 10:15 • 11 Yanvar 2024
Rusiyanın Ukraynadakı itkiləri 367 min 600-ü ötdü

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 830 hərbçisini itirib. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 367 620 nəfərə çatıb.

Xezerxeber.az yerli "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 12 tank, 22 zirehli döyüş maşını, 15 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Xəbər lenti

Çox oxunanlar