Xəzər Xəbər

Ermənistan parlamenti 44 günlük müharibəyə dair hesabatı müzakirə edəcək

Dünya | 09:58 • 11 Yanvar 2024
Ermənistan parlamenti 44 günlük müharibəyə dair hesabatı müzakirə edəcək

Ermənistan parlamentinin 44 günlük müharibənin şəraitini araşdıran komissiyası öz işini yekunlaşdırıb.

Xezerxeber.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, komissiyanın hesabatı yazın sonunda parlamentə təqdim olunacaq.

Daha sonra hesabat parlamentin qapalı iclasında müzakirə ediləcək.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük müharibə noyabrın 10-da üçtərəfli (Rusiya, Azərbaycan, Ermənistan) bəyanatın imzalanması ilə başa çatıb. Bu müharibə nəticəsindən Azərbaycan Ermənistanın işğalı altında olan 5 şəhəri, 4 qəsəbəni, 286 kəndi və Azərbaycan-İran sərhədini düşməndən azad edib.

Xəbər lenti

Çox oxunanlar