Xəzər Xəbər

Gürcüstanda torpaq sürüşməsi olub, avtomagistral bağlanıb

Dünya | 08:37 • 11 Yanvar 2024
Gürcüstanda torpaq sürüşməsi olub, avtomagistral bağlanıb

Gürcüstanın Tbilisi-Senaki-Leselidze avtomobil yolunda torpaq sürüşməsi baş verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstan Avtomobil Yolları Departamenti məlumat yayıb.

Bildirilib ki, güclü yağışlar nəticəsində baş verən torpaq sürüşməsi nəticəsində beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomagistralının152-ci kilometrliyində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Hazırda ərazidə yolun təmizlənməsi işləri davam etdirilir. Yolun yaxın vaxtlarda açılacağı gözlənilir.

Xəbər lenti

Çox oxunanlar