Xəzər Xəbər

Fransada əks-kəşfiyyat rəisi vəzifəsi xanıma HƏVALƏ EDİLDİ

Dünya | 20:12 • 9 Yanvar 2024
Fransada əks-kəşfiyyat rəisi vəzifəsi xanıma

Selin Berton Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsinə (əks-kəşfiyyat) rəhbər təyin edilib və bu postu tutan ilk qadın kimi tarixə düşüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen X sosial şəbəkəsində məlumat verib.

“Bu gündən etibarən Selin Berton Daxili Təhlükəsizlik Baş İdarəsinin yeni baş direktorudur”, - o yazıb.

Əks-kəşfiyyatın rəhbəri kimi Berton dekabr ayında Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin rəisi təyin edilmiş Nikolya Lerneri əvəz edib.

Xəbər lenti