Xəzər Xəbər

Fransanın yeni Baş naziri məlum olub

Dünya | 15:43 • 9 Yanvar 2024
Fransanın yeni Baş naziri məlum olub

Qabriel Attal Fransanın yeni Baş naziri təyin edilib.

Xezerxeber.az-ın TASS-a istinadən məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron bununla bağlı müvafiq qərar imzalayıb.

E.Makron 2022-ci ilin mayından Baş nazir vəzifəsində çalışan Elizabet Bornu bazar ertəsi vəzifəsindən azad edib.
Qeyd edək ki, 34 yaşlı Attal indiyədək təhsil naziri olub. O, ölkə tarixində Nazirlər Kabinetinin ən gənc rəhbəri olub. 

 

Xəbər lenti