Xəzər Xəbər

İrandakı terror aktına görə 32 nəfər HƏBS OLUNDU

Dünya | 09:39 • 7 Yanvar 2024
İrandakı terror aktına görə 32 nəfər

İranın Kirman şəhərində baş vermiş terror aktı ilə əlaqədər 32 nəfər həbs olunub.

Xezerxeber.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Bildirilib ki, tədbirlər davam edir.

Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində iki partlayış törədilib. Nəticədə 103 nəfər ölüb, 211 nəfər yaralanıb. İndiyədək ölənlərdən 84 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

Məlumata görə, partlayışları terrorçu-kamikadzelər törədib. İran Prezidenti İbrahim Rəisi terror aktının qisasının alınacağını bildirib.

Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024