Xəzər Xəbər

Yaponiyada zəlzələdə ölənlərin sayı 100 nəfəri KEÇDİ

Dünya | 09:40 • 6 Yanvar 2024
Yaponiyada zəlzələdə ölənlərin sayı 100 nəfəri

Yaponiyada yanvarın 1-dən davam edən silsilə zəlzələlərdə ölənlərin sayı artıb.

Xezerxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq zəlzələ qurbanlarının sayı 110-a çatıb.

Məlumatlara görə, Yaponiyada 2016-cı ildə ölkənin cənub-qərbində 273 nəfərin ölümünə səbəb olan dağıdıcı zəlzələdən sonra ilk dəfə olaraq zəlzələ nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb.

Son məlumatlarda bildirilir ki, yanvarın 1-dən bəri ən azı 516 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Təcili yardım xidmətləri hələ də 222 sakini tapa bilməyib. Təbii fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatı davam edir.

Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024