Xəzər Xəbər

Saleh əl-Arurinin necə öldürülməsinin təfərrüatları BİLİNİB

Dünya | 08:22 • 4 Yanvar 2024
Saleh əl-Arurinin necə öldürülməsinin təfərrüatları

İsrail Fələstinin HƏMAS hərəkatının Beyrutdakı qərargahına pilotsuz uçuş aparatları ilə deyil, döyüş təyyarələri ilə hücum edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə TASS təhlükəsizlik xidmətindəki mənbəyə istinadən xəbər verir.

Qeyd edilir ki, bu, Livan hakimiyyətinin apardığı ilkin araşdırma nəticəsində müəyyən edilib

Hücum paytaxtın cənub kənarındakı Müşərrəfiyyə yaşayış məntəqəsində baş verib. Altı raket atılıb, onlardan ikisi partlamayıb. Mənbə bildirib ki, ekspertlər raketlərin dəqiqliyi və çəkisi əsasında zərbələrin pilotsuz təyyarələr deyil, hərbi təyyarələr tərəfindən həyata keçirildiyi qənaətinə gəliblər.

HƏMAS-ın siyasi bürosu rəhbərinin müavini Saleh əl-Aruri gələn kimi qırıcı təyyarələrdən biri binanın damını deşən raketlər atıb. Nəticədə “İzzəddin əl-Qəssam” briqadalarının və radikal “Əl-Cəmaə əl-İslamiyyə” təşkilatının komandirləri də daxil olmaqla 6 nəfər həlak olub, daha 11 nəfər yaralanıb.

Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024