Xəzər Xəbər

Blinken Türkiyəyə səfər edəcək

Dünya | 19:18 • 3 Yanvar 2024
Blinken Türkiyəyə səfər edəcək

ABŞ Dövlət katibi Antoni Blinken yanvarın 6-da Türkiyəyə səfər edəcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı Türkiyənin xarici işlər naziri Hakan Fidana istinadla məlumat yayıb.

Məlumatda bildirilib ki, danışıqların gündəliyinə regional məsələlər, o cümlədən Qəzzada vəziyyətin nizamlanması, NATO-nun genişlənməsi və ikitərəfli əlaqələr, həmçinin Türkiyəyə F-16 qırıcılarının satışı daxildir.

Xəbər lenti

Çox oxunanlar