Xəzər Xəbər

Qəzzada 7 min insan itkin düşüb

Dünya | 17:41 • 3 Yanvar 2024
Qəzzada 7 min insan itkin düşüb

Oktyabrın 7-dən bəri İsrail və Fələstin arasında davam edən hərbi qarşıdurma zamanı aralarında qadın və uşaqların da olduğu təxminən 7 min adam itkin düşüb. 

Xezerxeber.az xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi WAFA məlumat yayıb. 

İtkinlərin əksəriyyətinin dağıntılar altında həyatını itirdiyi, bəzilərinin isə İsrail əsgərləri tərəfindən qaçırılaraq nəzarətə alındığı bildirilib.

Xəbər lenti