Xəzər Xəbər

İranda törədilən partlayışlar nəticəsində 103 nəfər ölüb, 200-dən çox yaralı var FOTO/YENİLƏNİB-4

Dünya | 20:56 • 3 Yanvar 2024
İranda törədilən partlayışlar nəticəsində 103 nəfər ölüb, 200-dən çox yaralı var

İranın Kirman şəhərində törədilən partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb.

Xezerxeber.az yerli "Tasnim"ə istinadən xəbər verir ki, partlayışlar nəticəsində yaralananların sayı 211 nəfərə çatıb.

18:18

İranın Kirman şəhərində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb.

Xezerxeber.az yerli İRNA-ya istinadən xəbər verir ki, bu barədə Kirman şəhər fövqəladə hallar idarəsinin rəisi bildirib.

Onun sözlərinə görə, yaralı sayı 141 nəfər təşkil edir.

İRNA-nın məlumatına görə, birinci partlayış Sepah-ın Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin məzarının 700 metrliyində, ikinci partlayış isə ziyarətgahın bir kilometrliyində, nəzarət-buraxılış məntəqəsi yaxınlığında qeydə alınıb.

Kirman qubernatorunun təhlükəsizlik üzrə müavini partlayışların terror aktı olduğunu təsdiqləyib.

Yaralananlardan bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir və ölü sayının artacağı ehtimalı var.

17:16

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə baş verən partlayış zamanı ölənlərin sayı 73-ə çatıb.

Xezerxeber.az yerli "Tasnim"ə istinadən xəbər verir ki, yaralı sayı 170-dən çoxdur.

17:05

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə baş verən partlayış zamanı ölənlərin sayı 53 olub.

Xezerxeber.az yerli "Tasnim"ə istinadən xəbər verir ki, yaralı sayı 70-dən çoxdur.

Ölən və yaralananlarının sayının artacağı ehtimal olunur.

İran rəsmiləri hadisənin terror aktı olduğunu bəyan edib.

16:50

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin keçmiş komandanı general Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda iki partlayış baş verib.

Xezerxeber.az xəbər verir ki, məlumatı "Tasnim" yayıb. 

Məlumata görə, Qasim Süleymaninin öldürülməsinin ildönümünün qeyd olunduğu vaxt iki bomba parlayıb. İlkin məlumata görə, 30 nəfər yaralanıb.

"Isna" agentliyi isə yerli rəsmilərə istinadən bildirir ki, partlayış zamanı 20 nəfər ölüb, 40 nəfər yaralanıb.

Hazırda ərazidə təxliyə işlərinin aparıldığı bildirilir.

Xəbər lenti