Xəzər Xəbər

Yaponiyada zəlzələdə ölənlərin sayı 65-ə çatıb

Dünya | 12:22 • 3 Yanvar 2024
Yaponiyada zəlzələdə ölənlərin sayı 65-ə çatıb

Yaponiyanın mərkəzində baş verən zəlzələlər nəticəsində ölənlərin ümumi sayı 65 nəfərə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə regional hakimiyyət orqanları məlumat yayıb.

100-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qurbanların və xəsarət alanların əksəriyyəti zəlzələlərin mərkəzi olan İşikava prefekturasının sakinləridir.

Təbii fəlakət zonasına göndərilmiş xilasedicilər, fövqəladə hallar işçiləri və hərbçilər dağıntılar altında qalmış insanların axtarışlarını davam etdirir.

Yanvarın 1-dən bəri Yaponiyada 300-dən çox zəlzələ baş verib ki, onlardan ən güclüsü 7,6 bal təşkil edib. Ölkənin bütün qərb sahillərində sunami təhlükəsi 20 saatdan çox davam edib.

Seysmoloqlar xəbərdarlıq edib ki, bölgədə afterşoklar təxminən bir həftə davam edəcək və maqnitudası 7-dən yuxarı olan yeni güclü zəlzələlərin baş verməsi riski var.

Xəbər lenti

Çox oxunanlar