Xəzər Xəbər

İlon Mask: "Bəşəriyyət böyük demoqrafik böhran təhlükəsi ilə üz-üzədir"

Dünya | 09:37 • 3 Yanvar 2024
İlon Mask: "Bəşəriyyət böyük demoqrafik böhran təhlükəsi ilə üz-üzədir"

Amerikalı sahibkar İlon Musk xəbərdarlıq edib ki, bəşəriyyət böyük demoqrafik böhran təhlükəsi ilə üz-üzədir.

Xezerxeber.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Bəşəriyyətin üzləşdiyi ən böyük problem demoqrafik çöküşdür”, - deyə İ.Musk paylaşımında bildirib.

Sahibkar əvvəllər bəyan edirdi ki, demoqrafik problemlər üzündən bütöv xalqlar yox ola bilər. Muskın qeyd etdiyinə görə, İtaliya, Fransa və Yaponiyanın mədəniyyətləri də təhlükə altındadır.

Xəbər lenti

Çox oxunanlar