Xəzər Xəbər

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 62-yə çatıb

Dünya | 08:34 • 3 Yanvar 2024
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 62-yə çatıb

Yaponiyanın mərkəzi hissəsindəki İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 62-yə çatıb.

Yaponiya mediasına istinadla xəbər verir ki, hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Xeyli dağılmış tikili olduğu üçün dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimalı böyükdür.

Baş nazir Fumio Kişida jurnalistlərə açıqlamasında hökumətin dağıntı altında qalanların xilası üçün bütün qüvvəsini səfərbər etdiyini, xilasedicilərin zamanla yarışdığını deyib. O, zəlzələnin ziyan vurduğu bölgədə yaşayanların və təxliyə edilənlərin lazımi məişət ləvazimatları və ərzaqla təchizatı üçün müvafiq qurumlara göstəriş verildiyini bildirib.

Yaponiyanın Meteorologiya Agentliyi isə qarşıdakı günlərdə gözlənilən yağışın təbii fəlakət bölgəsində torpaq sürüşmələrinə səbəb ola biləcəyini açıqlayıb.

 

Xəbər lenti

Çox oxunanlar