Xəzər Xəbər

Cənubi Koreyada müxalifət lideri hücuma məruz qalıb

Dünya | 10:55 • 2 Yanvar 2024
Cənubi Koreyada müxalifət lideri hücuma məruz qalıb

Koreya Respublikasının aparıcı müxalif Toburo Demokratik Partiyasının lideri Li Çje Myunq Pusana səfəri zamanı hücuma məruz qalıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, hücum zamanı boyun nahiyəsindən xəsarət alan müxalifət liderinə təcili tibbi yardım göstərilib və həyatı üçün təhlükə yoxdur.

Hücum edən şəxs saxlanılıb, hadisə barədə əlavə məlumat verilmir.

Koreya Respublikasının Prezidenti Yun Sok Yola müxalifətçinin səhhəti ilə bağlı narahatlığını bildirib. Onun sözlərinə görə, zorakılıq qəbuledilməzdir.

Xəbər lenti

Çox oxunanlar