Xəzər Xəbər

Gürcüstanda hüquqi şəxslərin siyasi partiyaları maliyyələşdirməsi qadağan edilib

Dünya | 10:11 • 2 Yanvar 2024
Gürcüstanda hüquqi şəxslərin siyasi partiyaları maliyyələşdirməsi qadağan edilib

Gürcüstanda hüquqi şəxslərin siyasi partiyaları maliyyələşdirməsini qadağan edən qanun qüvvəyə minib.

Xezerxeber.az xəbər verir ki, bundan sonra hüquqi şəxslər siyasi partiyalara ianələr ayıra və ianə formasında xidmətlər də təqdim edə bilməyəcəklər.

Qanuna görə, ianə yalnız fiziki şəxslər tərəfindən maddi və ya qeyri-maddi ödəmə və ya xidmətlər sayılacaq. Bununla bərabər, siyasi partiyalar yalnız Gürcüstan vətəndaşlarından ianə ala biləcəklər ki, onun da maksimal həddi fiziki şəxslər üçün ildə 60 min lari (22,3 min dollar), partiyaya üzvlük haqqı kimi isə ildə 1,2 min lari (446 dollar) məbləğində müəyyən edilib.

Xəbər lenti

Bakıda obyektdə YANĞIN VİDEO
18:40 • 28 Sentyabr 2024