Xəzər Xəbər

Yaponiyada güclü sunami təhlükəsi ləğv edilib YENİLƏNİB-2

Dünya | 08:45 • 2 Yanvar 2024
Yaponiyada güclü sunami təhlükəsi ləğv edilib

Yaponiyanın bir sıra prefekturalarında güclü sunami təhlükəsi ləğv edilib.

Xzerxeber.az xəbər verir ki, bu barədə yerli NHK telekanalı Yaponiya Meteorologiya Agentliyinin məlumatlarına istinadən məlumat yayıb.

Bildirilir ki, bununla yanaşı, ölkədə zəlzələ nəticəsində yaranan sunami təhlükəsi hələ də qalmaqdadır. Xəbərdarlıq Toyama, Yamaqata, Fukui və Hyoqo prefekturalarının sakinləri üçün aktualdır.

Seysmoloqların fikrincə, Honsyu adasının şimal-qərb sahillərində dalğaların hündürlüyü üç metrə çata bilər. İşikava və Saqanın bəzi ərazilərində dalğanın hündürlüyü 1-2 metrdən çox olmayan sunami qeydə alınıb.

Meteoroloji qurum vətəndaşlara ehtiyatlı olmağı, sahil və çaylardan uzaq durmağı, müvəqqəti olaraq təhlükəsiz ərazilərə təxliyəni tövsiyə edir.

08:33

Yaponiyada baş verən zəlzələ qurbanlarının sayı 24-ə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Təcili yardım xidmətlərinin məlumatına görə, azı 50 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İşikavada vəziyyət ən ağırdır. Orada 200-dən çox ev yanıb, 50-dən çox bina uçub.

01.01.2024.

23:12

Yaponiyanın mərkəzində baş verən güclü zəlzələlər nəticəsində sunami təhlükəsi səbəbindən Akita, Yamaqata, Niiqata, İşikava, Fukui, Hyoqo, Tottori, Fukuoka və Saqa prefekturalarının ən azı 97 min sakini evakuasiya əmri alıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə ölkənin yanğınsöndürmə idarəsinin məlumatlarında qeyd edilib.

İndiyədək İşikava və Niiqata prefekturalarında 2 minə yaxın insan təxliyə olunub. İnsanlar xüsusi təxliyə mərkəzlərindədir, onların həyatları təhlükədə deyil.

Xəbər lenti

Çox oxunanlar