Xəzər Xəbər

Rusiyanın Belqorod şəhərində raket təhlükəsi sireni işə salınıb, ölənlərin sayı artıb YENİLƏNİB

Dünya | 12:17 • 31 Dekabr 2023
Rusiyanın Belqorod şəhərində raket təhlükəsi sireni işə salınıb, ölənlərin sayı artıb

Rusiyanın Belqorod şəhərində raket sirenləri səslənir, sakinlər sığınacaqlara getməlidirlər.

Xezerxeber.az xəbər verir ki, bu barədə qubernator Vyaçeslav Qladkov teleqram kanalında məlumat verib.

"Belqorodda raket xəbərdarlığı sirenası işə salınıb. Bütün sakinlər sığınacaqlara getməlidir", - o yazıb.

Bu arada Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

11:26

Ukraynadan Belqorodun atəşə tutulması zamanı ölənlərin sayı 22, 109 nəfər yaralanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün "Telegram" kanalında məlumat verib.

Qubernatorun sözlərinə görə, xəsarət alanlardan biri xəstəxanada ölüb. Daha 25 xəstə federal klinikalara daşınmaq üçün hazırlanır. Qladkov həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Rayon rəhbəri 30 çoxmənzilli binaya, 381 mənzilə, bir neçə fərdi yaşayış evinə, xeyli sayda avtomobilə ziyan dəydiyini bildirib.

"Evlərin bərpası və dağıntıların çıxarılması üçün iş gecə boyu davam etdi. Bərpa işləri dekabrın 31-də davam etdiriləcək. Artıq 2 mindən çox insan şəhərin küçələrinin təmizlənməsinə yardım edib. Günün birinci yarısında qərargahın iclasını mütləq keçirəcəyik, qəbul edilmiş qərarlar barədə sizə məlumat verəcəyəm”, - Qladkov əlavə edib.

Xəbər lenti

Çox oxunanlar