Xəzər Xəbər

Burkina-Fasoda fransız dilinin rəsmi statusu ləğv edilib

Dünya | 10:11 • 31 Dekabr 2023
Burkina-Fasoda fransız dilinin rəsmi statusu ləğv edilib

Burkina-Fasonun keçid Milli Assambleyası ingilis və fransız dillərini işçi dillər kimi müəyyən edən və milli dillərə rəsmi status verən konstitusiya dəyişikliyini qəbul edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Burkina agentliyi - AIB məlumat yayıb.

Bildirilib ki, düzəliş nəticəsində fransız dili rəsmi dil statusunu itirir, ingilis dili isə Burkina-Faso administrasiyasında işçi statusu qazanır.

Həmçinin qeyd olunur ki, milli dillərin rəsmi dil kimi bərqərar olması xalqın ümdə arzusudur, xalq başqalarının dilində inkişaf edə bilməz.

Dəyişikliyə əsasən, milli dillər təhsil, ədliyyə və dövlət idarəçiliyi sahələrində ünsiyyət vasitəsinə çevriləcək.

Xəbər lenti

Çox oxunanlar