Xəzər Xəbər

Polşanın hava məkanını pozan raketin qalıqları axtarılacaq

Dünya | 15:42 • 30 Dekabr 2023
Polşanın hava məkanını pozan raketin qalıqları axtarılacaq

Dekabrın 29-da Polşanın hava məkanına daxil olan raketin qalıqlarının axtarışına 500-ə yaxın hərbçi cəlb olunacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı məlumat yayıb.

“Lyüblin voyevodasında Polşanın hava məkanına daxil olan raketin qalıqlarının axtarış aparılacaq. Axtarışda 480 hərbiçi iştirak edəcək”, - deyə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bir gün əvvəl əməliyyat komandanlığı Polşanın hava sərhədlərinin naməlum obyekt tərəfindən pozuldu barədə məlumat yayıb. Onun qalıqlarının axtarışı heç bir nəticə verməyib. Daha sonra Polşa Prezidenti Anjey Duda Müdafiə Nazirliyinin rəhbərliyi ilə təcili iclas keçirib. Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Veslav Kukula ölkənin hava məkanının Rusiyaya məxsus raket tərəfindən pozulduğunu iddia edib.

Xəbər lenti

Çox oxunanlar