Xəzər Xəbər

Mahaçqala dəniz limanı qismən bağlanıb

Dünya | 10:29 • 30 Dekabr 2023
Mahaçqala dəniz limanı qismən bağlanıb

Mahaçqala dəniz ticarət limanı quru yük kanalının dayazlaşması səbəbindən qismən bağlanıb.

Xezerxeer.az TASS-a istinadla xəbər verir ki, Dağıstan hökumətinin “Teleqram” kanalının məlumatına görə, 20-yə yaxın gəmi gözləməkdədir və limana daxil ola bilmir.

Quru yük limanı kanalı üç həftə davam edən uzun sürən küləklər səbəbindən qumla örtülüb. Məsələni həll etmək üçün fövqəladə iclas çağırılıb.

“Limanda vəziyyət kritikdir, 20 gəmi gözləyir, davamlı küləklər var və bəzi tədbirlər görməliyik ki, mövcud vəziyyətdən çıxa bilək. Biz artıq yedək gəmilərlə ərzaqları həmin gəmilərə çatdırırıq”, – deyə limanın baş direktoru vəzifəsini icra edən Rüstəm Kərimov bildirib.

O əlavə edib ki, problemin həlli üçün gəmilərin qeydiyyatını sürətləndirmək, eləcə də dibdərinləşdirmə işlərini tez bir zamanda həyata keçirmək lazımdır.

Xəbər lenti

Çox oxunanlar