Xəzər Xəbər

“Glock” silah brendinin ixtiraçısı vəfat edib

Dünya | 14:33 • 28 Dekabr 2023
“Glock” silah brendinin ixtiraçısı vəfat edib

Avstriyalı silah ustası Gaston Glock 95 yaşında vəfat edib. O, 1963-cü ildə “Glock” brendi altında odlu silah istehsalı ilə məşğul olan “Glock GmbH” kompaniyanın qurucusudur.

Xezerxeber.az xəbər verir ki, bu barədə məlumat “Glock GmbH” kompaniyanın saytında yerləşdirilib.

Gaston Glockun qurduğu kompaniya ABŞ da daxil olmaqla, NATO-nun bir çox ölkəsinin təhlükəsizlik xidmətləri, polis və xüsusi təyinatlı qüvvələri üçün tapança tədarük edir.

Onun ölüm səbəbi barədə məlumat verilmir. Gaston Glock 2008-ci ildə insult keçirib, 1999-cu ilin iyulunda isə həyatına qəsd olunub.

Xəbər lenti

Çox oxunanlar