Rusiya ilə hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişlər bağlana bilər.
Xezerxeber.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Mən bunu istisna etmirəm”, - Simonyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin TASS-a müsahibəsində yeni hərbi-texniki əməkdaşlıq layihələri ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.
Erməni spiker eyni zamanda, Ermənistan-Rusiya münasibətlərinə toxunub.
“Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yoxdur. Həyata keçirilən siyasətə (red. – Ermənistan rəhbərliyi tərəfindən) və atılan addımlara qarşı antipatiya var. Mən sizdən xahiş edirəm ki, bundan anti-Rusiya fonu yaratmayasınız”, - Simonyan bir sıra media qurumlarını anti-Rusiya ritorikasını qızışdırmaqda ittiham edib.