Rusiya ilə Ukrayna arasında sülh xüsusi hərbi əməliyyatın məqsədlərinə tam nail olunduqdan sonra mümkündür.
Xezerxeber.az xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin birbaşa yayımda müvafiq suala cavab verərkən bildirib.
V.Putin deyib ki, xüsusi hərbi əməliyyatın məqsədləri dəyişmir. Bu, Ukraynanın denatifikasiyası, demilitarizasiyası və neytral statusudur.
Eyni zamanda, V.Putin qeyd edib ki, ölkədə ümumi hərbi səfərbərlik elan olunması gözlənilmir.