Xəzər Xəbər

İsrailin Qəzza zolağının şimalındakı əməliyyatı sona çatır

Dünya | 18:13 • 4 Dekabr 2023
İsrailin Qəzza zolağının şimalındakı əməliyyatı sona çatır

İsrail ordusu Qəzza zolağının şimalında öz məqsədinə çatmağa yaxındır, lakin quru qoşunları anklavın digər hissələrində HƏMAS qruplaşmasına qarşı əməliyyatları davam etdirir.

Xezerxeber.az Qərb mediasına istinadla xəbər verir ki, bunu İsrail müdafiə ordusunun zirehli tank korpusunun komandanı, briqada generalı Hişam İbrahim deyib. “Şimal hissəsində hədəflərə demək olar ki, nail olunub. Biz Qəzza zolağının digər hissələrində quru əməliyyatının miqyasını genişləndirməyə başlayırıq”, - deyə o bildirib.

Oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu HƏMAS-a qarşı hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-dən Qəzzada bir həftəlik atəşkəs olub, lakin dekabrın 1-də döyüşlər yenidən başlayıb.

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, HƏMAS İsrailə raket zərbələri endirib və Qəzza zolağında saxlanılan girovları azad etməyi dayandırıb, bununla da atəşkəs razılaşmasının şərtlərini pozub.

Xəbər lenti

Çox oxunanlar