Xəzər Xəbər

“Qanuni Oğrular” təşkilatının rəhbəri tutuldu FOTO

"Beynəlxalq və milli mütəşəkkil cinayətkar qruplara qarşı mübarizə daha da artırılacaqdır"
Dünya | 10:48 • 3 Dekabr 2023
“Qanuni Oğrular” təşkilatının rəhbəri tutuldu

Rusiyada fəaliyyət göstərən “Qanuni Oğrular” mütəşəkkil cinayət təşkilatının idarəçilərindən olan və mavi bülletenlə axtarılan Şamil Əmirov “Qəfəs-15” əməliyyatı ilə Sarıyerdə yaxalanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında verdiyi açıqlamada bildirib. 

Nazir qeyd edib ki, İnterpolun mavi bülletenlə axtardığı Şamil Əmirovun İstanbulda tutulub.

"Beynəlxalq və milli mütəşəkkil cinayətkar qruplara və zəhər tacirlərinə qarşı mübarizə getdikcə daha da artırılacaqdır. Onların nəfəsini kəsəcəyik...”, - deyə nazir vurğulayıb.

Xəbər lenti