Xəzər Xəbər

Filippin universitetində partlayış: 3 nəfər ölüb, 40-dan çox yaralı var

Dünya | 09:12 • 3 Dekabr 2023
Filippin universitetində partlayış: 3 nəfər ölüb, 40-dan çox yaralı var

Filippinin cənubundakı Maravi şəhərindəki Mindanao Universitetində baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 40-dan çox insan yaralanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “ABS-CBN News” məlumat yayıb.

Partlayış katolik dini mərasimi zamanı baş verib. “Mindanao Universitetinin kollektivi bu səhər dini toplantı zamanı baş verən zorakılıq aktından dərin kədər və sarsıntı keçirir. Biz bu mənasız və dəhşətli hərəkəti ən kəskin şəkildə pisləyir, qurbanlara və qurbanların ailələrinə səmimi başsağlığı veririk. Biz bu faciədən zərərçəkənlərə yardım göstərməyi öz öhdəmizə götürürük”, - deyə universitetdən bildirilib.

Universitet rəhbərliyi növbəti xəbərdarlığa qədər dərsləri dayandırıb və kampusu qorumaq üçün əlavə təhlükəsizlik işçiləri yerləşdirib.

Xəbər lenti