Bu ilin yanvar-oktyabr aylarında Böyük Britaniyada minik avtomobillərinin istehsalı əvvəlki illə müqayisədə 16,7 faiz artaraq 751,4 minə çatıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Avtomobil İstehsalçıları Cəmiyyəti məlumat yayıb.
Bildirilir ki, oktyabr ayında ölkədə avtomobil istehsal 31,6 faiz artaraq 91 min 521 ədəd təşkil edib. Onların 16 min 178 ədədi daxili bazar (artım 23,9 faiz), 75 min 343 ədədi isə ixrac (artım 33,4 faiz) üçün nəzərdə tutulub.
İstehsal edilən avtomobillərin 82 faizdən çoxu xarici bazara çıxarılıb. Aİ ölkələri Böyük Britaniya avtomobillərinin əsas satış istiqaməti olaraq qalıb. Avropa bazarına çıxarılan avtomobillərin sayı oktyabr ayında 58,5 faiz artaraq ixracın 65 faizini təşkil edib.
Bu il Birləşmiş Krallıqda 287,4 min elektromobil və hibrid avtomobil istehsal edilib. Bu göstəricidə ötən ay 52,1 faiz, yanvar-oktyabr aylarında isə 59,1 faiz artım qeydə alınıb.
Proqnozlara görə, 2023-cü ilin sonunadək Böyük Britaniyada minik avtomobillərinin istehsalı 18 faiz artaraq bir milyonu ötəcək.