İsrail hakimiyyəti girovları azad etmək üçün Həmasla razılaşma çərçivəsində 30 fələstinli məhbusu azad edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, müvəqqəti atəşkəs razılaşması çərçivəsində İsrail hakimiyyəti tərəfindən azad edilmiş 30 fələstinli məhbusun olduğu avtobus Beynəlxalq Qırmızı Xaç Komitəsinin tibbi qruplarının müşayiəti ilə Ofer həbsxanasından çıxıb.
Bundan əvvəl Qəzza zolağında Həmasın saxladığı israilli girovların altıncı dəstəsinin azad edilməsi barədə məlumat yayılmışdı. Qeyd edilmişdi ki, 14 nəfərlik qrup sağ-salamat İsrailə gəlib, burada onları hərbçilər və kəşfiyyatçılar qarşılayıblar.