Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağın erməni sakinlərinin işləri üzrə xüsusi şöbə yaratmaqdan imtina edib.
Xezerxeber.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Qarabağdakı keçmiş qondarma rejimin “müdafiə naziri” olmuş Samvel Babayan jurnalistlərə müsahibəsində deyib.
Babayan qeyd edib ki, imtina səbəbləri məlum deyil, çünki o, Paşinyanla şəxsən görüşüb dialoq aparmayıb.