Xəzər Xəbər

Türkiyə ilə Rusiya arasında yeni sənəd imzalanıb FOTO

İki ölkə arasında iqtisadi fəaliyyətin yol xəritəsi müəyyən edilib
Dünya | 17:42 • 25 Noyabr 2023
Türkiyə ilə Rusiya arasında yeni sənəd imzalanıb

Ankarada Türkiyə ilə Rusiya arasında Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın növbəti iclası keçirilib.

Xezerxeber.az xəbər verir ki, iclasda ticarət, gömrük, enerji, kənd təsərrüfatı, sənaye, standartlaşdırma, nəqliyyat, turizm kimi bir çox sahələri əhatə edən, iki ölkənin iqtisadi əlaqələrinin gələcək inkişafının yol xəritəsi hesab olunan protokol imzalanıb.

Sənədi Türkiyənin ticarət naziri Ömər Bolat və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak imzalayıblar.

Bununla bağlı açıqlama verən Ömer Bolat bildirib ki, 2013-cü ildə cəmi 33 milyard ABŞ dolları olan ikitərəfli ticarət dövriyyəsi 2022-ci ilin sonunda 68 milyard dolları ötüb. İki ölkə arasında ticarət həcminin 100 milyard dollara çatdırılması üçün qarşılıqlı səylər davam etdiriləcək.

Xəbər lenti

Çox oxunanlar