İsrailin həbsxanalar idarəsi HƏMAS hərəkatı ilə razılaşma çərçivəsində azad ediləcək 42 fələstinli məhbusun siyahısını alıb və onların azadlığa buraxılması üçün hazırlıqlara başlayıb.
Xezerxeber.az "France-Presse" agentliyinə istinadla xəbər verir ki, HƏMAS isə öz növbəsində noyabrın 25-də 14 nəfər girovu azad edəcək.
Qeyd edək ki, noyabrın 24-də HƏMAS dördü yeniyetmə olmaqla 13 girovu İsrail tərəfinə təhvil verib. Təl-Əviv isə bunun əvəzində 39 fələstinlini - 24 qadını və 15 yeniyetməni azad edib. Bundan başqa, razılaşma şərtlərinə daxil olmayan 11 nəfər xarici vətəndaş da yəhudi dövlətinin həbsxanalarından azadlığa buraxılıb.