Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyadan silah alınması üçün ödənilən vəsaitlə bağlı məsələni şərh edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında danışıb.
Ermənistan hökumətinin başçısı deyib ki, Ermənistanın Rusiyadan silah alışı üçün ödədiyi məbləğlə bağlı İrəvanla Moskva arasında danışıqlar davam edir. Paşinyan qeyd edib ki, həmin müqavilələrdə qeyd olunan silahlar hələ ölkəsinə tədarük edilməyib.
Paşinyan həmçinin əlavə edib ki, problemin həlli variantı kimi həmin vəsaitin Ermənistanın Rusiyaya olan dövlət borcundan tutulması imkanları nəzərdən keçirilir.