Ən qısa zamanda Misirə səfər edə bilərəm. Səfərin əsas gündəm məsələsi İsrail-Fələstin qarşıdurması olacaq.
Xezerxeber.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzair səfərindən qayıdarkən mediaya açıqlamasında deyib.
Misir rəhbərliyinin Rəfah sərhəd-keçid məntəqəsində müsbət addımlar atdığını qeyd edən Ərdoğan Qəzzadan Türkiyəyə gətirilən xəstələr haqqında danışıb.
“İlk mərhələdə Qəzzadan 40 xərçəng xəstəsi ölkəmizə gətirildi. İkinci mərhələdə bu rəqəm xeyli artaraq 88 xəstə və 67 xəstə yaxınına çatdı. Bu xəstələrin ölkəmizin şəhər xəstəxanalarında müalicəsi davam edir. Biz daha çox xəstənin Qəzzadan çıxarılaraq ölkəmizə gətirilməsini istəyirik”, - deyə Ərdoğan bildirib.
Ölkədaxili məsələlərə toxunan Türkiyə Prezidenti gələcək bələdiyyə seçkilərində Cümhur İttifaqı və AK Parti olaraq şəhərlərə ən çox fayda verə biləcək namizədləri müəyyən etməyə çalışdıqlarını deyib.