Xəzər Xəbər

Pentaqonun başçısı Kiyevdədir

Dünya | 13:47 • 20 Noyabr 2023
Pentaqonun başçısı Kiyevdədir

Pentaqonun başçısı Lloyd Ostin Ukraynaya səfərə gəlib. Onu ABŞ-ın Ukraynadakı səfiri xanım Bricit Brink qarşılayıb.

Xezerxeber.az Ostinin “X” (“Twitter”) sosial şəbəkəsində paylaşımına istinadla bu barədə xəbər verir.

“Mən ukraynalı liderlərlə görüşmək üçün Kiyevə indicə çatmışam. Bu gün mühüm xəbəri – Birləşmiş Ştatların Ukraynanı Rusiya təcavüzünə qarşı azadlıq uğrunda mübarizədə dəstəyi həm indi, həm də gələcəkdə davam etdirəcəyi barədə xəbəri çatdırmaq üçün buradayam”, - deyə Ostin paylaşımında yazıb.

Xəbər lenti

Çox oxunanlar