Xəzər Xəbər

Almaniya miqrasiya ilə bağlı tələbləri yumşaltdı

Yeni miqrasiya qanunu qüvvəyə mindi
Dünya | 16:00 • 20 Noyabr 2023
Almaniya miqrasiya ilə bağlı tələbləri yumşaltdı

Almaniyada yeni miqrasiya qanununun bir neçə maddəsi qüvvəyə minib.

"Deutsche Welle" radiosu xəbər yayıb ki, artıq Almaniyada “Mavi Kart” əldə etmək xeyli asanlaşıb.

Bunun üçün tələb olunan minimum illik əməkhaqqı 43 min 800 avroya endirilib. Əvvəllər onun həcmi 58 min 400 avrodan az olmamalı idi. Tələb olunan peşələr (riyaziyyatçılar, mühəndislər, həkimlər, IT mütəxəssisləri və digər) üçün isə həmin məbləğ 39 min 683 avroya qədər azaldılıb.

“Mavi Kart” almaq istəyənlər üçün alman dilini bilmək, işə götürənlər üçün isə uyğun mütəxəssisin Almaniya və ya Avropa bazarında olmadığını sübut etmək tələbi də aradan qaldırılıb.

Eyni zamanda, “Mavi Kart” sahibləri qazancları imkan verəcəyi təqdirdə təkcə uşaqlarını deyil, yaşlı valideynlərini də Almaniyaya gətirə biləcəklər.

Orta ixtisas və ali təhsilli əmək miqrantlarına müvəqqəti yaşayış icazəsinin və işləmək hüququnun verilməsi qaydalarında da dəyişiklik edilib. İndi bunun üçün tələb olunan bütün meyarlara cavab verəcəyi təqdirdə onların viza və müvəqqəti yaşayış icazəsi almaq hüququ olacaq.

Xəbər lenti