Xəzər Xəbər

Rusiya və Ermənistanı birləşdirən yol bağlandı

Dünya | 10:56 • 20 Noyabr 2023
Rusiya və Ermənistanı birləşdirən yol bağlandı

Rusiya və Ermənistanı birləşdirən Gürcüstan-Rusiya sərhədinə gedən Yuxarı Lars yolu bütün növ nəqliyyat vasitələri və avtomobillər üçün bağlanıb. 

Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

Bildirilib ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qarın yağması, temperaturun aşağı düşməsi və uçqun təhlükəsi ilə əlaqədar məhdudiyyətlər tətbiq edilib. 

Həmçinin qeyd olunub ki, hava şəraiti normallaşandan sonra yolda bütün nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq.

Xəbər lenti

Çox oxunanlar