Xəzər Xəbər

Rusiyada qasırğa fəsadlara səbəb olub

Dünya | 14:50 • 19 Noyabr 2023
Rusiyada qasırğa fəsadlara səbəb olub

Rusiyanın Sibir regionunda güclü qasırğa fəsadlara səbəb olub.

Xezerxeber.az xəbər verir ki, Altay diyarı, Kemerovo və Novosibirsk vilayətləri təbii fəlakətin təsirinə daha çox məruz qalıb. Güclü külək evlərin damlarını, dirəkləri, ağacları və avtomobilləri aşırıb. Yıxılan ağaclar Sorokino-Biysk yolunu tamamilə bağlayıb.

Sibirdə 170-dən çox yaşayış məntəqəsi işıqsız qalıb.

Xəbər lenti