Xəzər Xəbər

İsrail ordusu Hizbullahın Livandakı hədəflərinə hücum edib

Dünya | 12:14 • 19 Noyabr 2023
İsrail ordusu Hizbullahın Livandakı hədəflərinə hücum edib

İsrail ərazisinə 10-a yaxın minaatan mərmisinin atılmasından sonra şiə Hizbullah təşkilatının Livandakı silahlı qanadının hərbi hədəflərinə cavab hava zərbələri endirib.

Xezerxeber.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. 

“İsrailin şimalındakı Şlomi kəndi istiqamətində 10-a yaxın minaatan mərmisi atılıb. Mərmilər yaşayış olmayan əraziyə düşüb, İsrail Müdafiə Qüvvələri Livan ərazisində atəşin gəldiyi yerlərə hücum edir” – məlumatda bildirilir.

Bundan əlavə, “İsrail Müdafiə Qüvvələri təyyarələri Livandakı Hizbullah terror təşkilatının infrastruktur obyektlərinə hücum edir”, - mətbuat xidməti əlavə edib.

Xəbər lenti